Ermənistanda intihar edən hərbçi Aramayis Gevorgyanın işi üzrə sənədlər məhkəməyə göndərilib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb.
İş üzrə 4 təqsirləndirilən şəxs var.
Xatırladaq ki, 20 yaşlı Aramayis Gevorgyanın cəsədi bu ilin iyun ayında Qafandakı hərbi hissələrdən birində asılmış vəziyyətdə tapılıb. İttihama görə, tağım komandiri, kiçik çavuş, üç sıravi əsgərlə birlikdə səhlənkarlıqla Aramayis Gevorgyanın şəxsi şərəf və ləyaqətini alçaltmaqla onu intihar həddinə çatdırıb.
Dörd hərbçinin hamısı saxlanılıb.
Ağarza Elçinoğlu



















































.webp)


.webp)

