Göyçayda 31 yaşlı stomatoloq ağır xəstəlikdən vəfat edib.
"Unikal" xəbər verir ki, 1995-ci il təvəllüdlü Orxan Çingiz oğlu Cəfərov uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəbindən İranda müalicə aldığı xəstəxanaların birində həyatını itirib.
Rayonda diş həkimi kimi tanınan mərhum subay idi. Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır.























































