İngiltərə Premyer Liqasının 2026/27 mövsümünün 9-cu turunun açılış matçında Londonun "Çelsi" komandası "Mançester Yunayted" üzərində inamlı qələbə qazanıb.
"Unikal" xəbər verir ki, "Stemford Bric"də keçirilən oyun 2-0 hesabı ilə yekunlaşıb.
İlk hissə gərgin mübarizə şəraitində keçib. Qonaqların hesabı açmaq üçün əla şansı olub: londonluların qolunu 34-cü dəqiqədə Mateuş Kunya vurub, lakin VAR sisteminin müdaxiləsindən sonra qol ofsayd səbəbindən hesabdan çıxarılıb.
İkinci hissədə ev sahibləri oyunun gedişatını dəyişdirdilər. 50-ci dəqiqədə Morqan Rocers London komandasını hesabda irəli çıxardı. Oyunun 63-cü dəqiqəsində qonaq müdafiəçi Lisandro Martinez öz cərimə meydançasında Uesli Fofanaya dirsək zərbəsi endirdi, buna görə o, qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldı, təyin olunan penalti isə Koul Palmer tərəfindən düzgün şəkildə qola çevrildi və hesab ikiqat artdı. Oyun ərzində Estevao da "Çelsi"dən iki qol vurdu, lakin braziliyalı futbolçunun vurduğu hər iki qol hesaba alınmadı.
"Mançester Yunayted"in uğursuzluq seriyasının davam etməsi diqqət çəkir: komanda ardıcıl 9 oyundur ki, bütün yarışlarda qalib gələ bilmir.
Bu qələbədən sonra "Çelsi" 16 xal toplayaraq 4-cü yerə yüksəlib, "Mançester Yunayted" isə 7 xalla turnir cədvəlində 16-cı yerdə qərarlaşıb.
Ağarza Elçinoğlu























































