Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, qəza Babək küçəsində qeydə alınıb.
İlkin məlumata görə, "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında park edilmiş digər "Opel", "Hyundai", "Toyota", "Mercedes" və "Range Rover" markalı nəqliyyat vasitələrinə çırpılıb.
Hadisə zamanı avtomobillərin hamısına ciddi ziyan dəyib.
Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.
























































