Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu İstisu qəsəbəsinin sakinləri ilə keçirib.
"Unikal" xəbər verir ki, icra başçısı ilə birgə səyyar görüşdə icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, yerli idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
Taleh Qaraşov ötən ildə ölkəmizin həyatındakı uğurlardan danışıb və cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində Lənkəranda da bir sıra sosial infrastruktur layihələrinin həyata keçirildiyini və cari ildə də bu layihələrin davam etdirələcəyini qeyd edib.
Daha sonra icra başçısı ötən səyyar görüş-qəbulda qaldırılan məsələlərin icra vəziyyəti barədə İstisu qəsəbəsinin sakinlərini məlumatlandırıb, yerli icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan, ədalətli qaldırılan məsələlərin həllini tapdığını, digər məsələlər barədə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlərin ünvanlandığını və vətəndaşların bununla bağlı qanunamüvafiq qaydada məlumatlandırıldığını bildirib.
Səyyar görüş-qəbulda vətəndaşların birbaşa, maneəsiz və könüllü müraciət etmək hüquqları tam təmin edilib və yerli sakinlər yaradılan şəraitdən razı qaldıqlarını ifadə ediblər.
İstisu qəsəbəsinin sakinləri vətəndaşların müraciət etmək hüququnun təmin edilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, sosial layihələrin uğurla davam etdirilməsi istiqamətində görülən işlərə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin və səmimi minnətdarlıqlarını vurğulayıblar.
