Xaçmazda zəncirvari yol qəzası baş verib.
"Unikal" xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "VAZ-2107", "Toyota" və "Priora" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində "VAZ-2107"də olan sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
