Futzal üzrə Azərbaycan millisinin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər bəlli olub.

Bu barədə "Unikal"a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

Yanvarın 22-də saat 19:00-da start götürəcək qarşılaşmada Əli Cəbrayılov, İmran Məhərrəmov, Ramil Namazov hakimlik edəcəklər.

Yanvarın 24-də saat 16:00-da başlayacaq görüşə Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov təyinat alıblar.