Rusiya xüsusi xidmət orqanları Moskvadakı səfirlikdə çalışan Britaniya kəşfiyyat zabitini müəyyən edib.

"Unikal" xəbər verir ki, bu  barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Qeyd olunur ki, FTX əməkdaşları Moskvadakı səfirliyin iqtisadi şöbəsində katib vəzifəsində çalışmaq üçün Rusiyaya gizli şəkildə göndərilən elan edilməmiş Britaniya kəşfiyyat zabiti Qaret Samuel Devisin şəxsiyyətini müəyyən ediblər. 

"Əks-kəşfiyyat işləri zamanı 8 avqust 1980-ci il təvəllüdlü, Britaniya kəşfiyyatının elan edilməmiş zabiti Qaret Samuel Devis müəyyən edilib. O , Moskvadakı Britaniya səfirliyinin İnzibati və İqtisadi Departamentində ikinci katib vəzifəsi adı altında Rusiyaya göndərilib ", - deyə kəşfiyyat agentliyi aydınlaşdırıb.

FTX qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyi Samuelin akkreditasiyasını ləğv etmək qərarına gəlib və ona iki həftə ərzində Rusiyanı tərk etməyi əmr edib.

Gülayə Mecid