Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sabiq hakimi, əməkdar hüquqşünas Rafael Sergeyeviç Qvaladze uzun sürən xəstəlikdən sonra vəfat edib.

"Unikal" xəbər verir ki, o, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, R.Qvaladze Azərbaycan Respublikasının “Əməkdar hüquqşünası” fəxri adına layiq görülüb, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.