"İranda qətllər dayandırılıb və heç bir edam planlaşdırılmır".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O bildirib ki, ABŞ-nin əlində olan məlumata görə, İranda qətllər dayandırılıb və heç bir edam planlaşdırılmır.
Xatırladaq ki, daha əvvəl "Sky News" telekanalı edam cəzasına məhkum edilmiş iranlı etirazçı Erfan Soltaninin edam edilmədiyini bildirmişdi.
