Salyanın Noxudlu kəndində baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı üçə çatıb.
"Unikal" xəbər verir ki, iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində Sabirabad rayon sakinləri, 1965-ci il təvəllüdlü Vüqar İmanov, onun oğlu 1989-cu il təvəllüdlü Tərlan İmanov və sürücü, 1994-cü il təvəllüdlü Coşqun Məmmədov hadisə yerində ölüblər.
Daha üç nəfər ‐ Sabirabad rayon sakinləri, 1985-ci il təvəllüdlü Mirzağa Məmmədov, onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Pərvanə Məmmədova, qızları 2011-ci il təvəllüdlü Fatimə Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qeyd edək ki, ölənlərin hamısı bir maşında olub.
Ağarza Elçinoğlu
XXX
18:10
Salyan rayonu ərazisində 2 nəfərin ölümü, 4-nün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, rayonun Noxudlu kəndinin yolunda "Mercedes" markalı iki nəqliyyat vasitəsi toqquşub.
Hadisə zamanı Vüqar İmanov və Coşqun Məmmədov ölüb. Mirzağa Məmmədov, Pərvanə Məmmədova, Fatimə Məmmədli və Tərlan İmanov xəsarət alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
*** 17:05
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, qəza rayonun Noxudlu kəndinin yolunda qeydə alınıb
İki “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində iki nəfər ölüb, 4-ü isə yaralanıb.
Əraziyə polis əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.
