Gədəbəydə femadan 66 yaşlı kişinin meyiti aşkarlanıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. Belə ki, kənd yaxınlığında yerləşən fermandan 1960-cı il təvəllüdlü D.Aleksandroviçin meyiti tapılıb. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin məlumata görə, mərhum ürək tutmasından dünyasını dəyişib. Mərhumun meyti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Xatırladaq ki, D.Aleksandroviç subay olub. Onun kənd ərazisində çobanlıqla məşğul olduğu deyilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Tural Əhmədov
