Mingəçevirdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında 20 yanvar küçəsində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan "Niva" öncə yolun kənarında dayanan "Mercedes" və "Hyundai" markalı avtomobillərə çırpılıb, daha sonra isə piyadanı vurub.
Müxtəlif bədən xəsarətləri alan 36 yaşlı piyada Zaur Ələkbərov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov
