Şamaxı Dövlət Regional Kollecinə yeni rəhbər təyinatı olub. 

"Unikal" xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Agentliyin müvafiq əmrinə əsasən Vasif Müslümov Şamaxı Dövlət Regional Kollecinə direktor müavini vəzifəsinə təyin olunub və eyni zamanda ona direktor vəzifəsinin icrası həvalə edilib.

Yeni təyin olunan rəhbər şəxs Agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov tərəfindən kollektivə təqdim edilib. 

Qeyd edək ki, V.Müslümov sonuncu təyinata qədər Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə ekspert kimi fəaliyyət göstərib.