Venesuela prezidenti Nikolas Maduro Nyu-Yorka gəlməzdən əvvəl Quantanamodakı ABŞ hərbi bazasına aparılacaq.
"Unikal" xəbər verir ki, bu barədə "ABC News" nəşri yazıb.
"Mənbələrə görə, Maduronun Nyu-Yorka gəlməzdən əvvəl Quantanamoya baş çəkməsi gözlənilir", - deyə nəşr bildirir.
Kanalın mənbələrinə görə, Venesuela lideri daha sonra FTB təyyarəsinə köçürüləcək və təyyarə onu Nyu-Yorka aparacaq.
***18:35
ABŞ hərbçiləri tərəfindən saxlanılan Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Nyu-Yorka gətirilir.
"Unikal" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, əlavə edib ki, Maduro və həyat yoldaşı helikopterlə Venesueladan çıxarılıb.
***16:17
ABŞ lideri Donald Tramp bir neçə gün əvvəl Maduronun tutulması əməliyyatını təsdiqləyib və onun yeri CIA agentləri tərəfindən izlənilib.
"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
***13:35
Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı saxlanılaraq ölkədən çıxarılıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial media platforması "Truth Social"da yazıb.
"Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri, prezident Nikolas Maduroya qarşı böyük bir hücuma uğurla başladı. Maduro isə həbs olunaraq həyat yoldaşı ilə birlikdə ölkədən çıxarıldı", - deyə amerikalı lider yazıb.
