Venesuela Prezidenti Nikolas Maduro müqavimət göstərsəydi, ABŞ hərbi əməliyyatı zamanı öldürülə bilərdi.

"Unikal" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Bəli, bu baş verə bilərdi " , - deyə o , mətbuat konfransında məsələ ilə bağlı sualı cavablandırarkən bildirib.

Ağ Ev rəhbəri vurğulayıb ki, Maduro təhlükəsiz bir otaqda gizlənib bunkerə qaçmağa cəhd edib, lakin Amerika əsgərləri buna mane olub və nəticədə "böyük atışma" baş verib.