Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Türkiyə istehsalı olan HURJET təlim təyyarəsi alacağına dair müqaviləni alqışlayıb və bunu Türkiyənin müdafiə və aviasiya sənayesindəki "innovativ rolunun" sübutu adlandırıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  bu həftə imzalanan müqavilənin bir hissəsi olaraq, İspaniya Hərbi Hava Qüvvələri Türkiyədən ümumi dəyəri 2,6 milyard avro olan 30 ədəd HURJET təyyarəsi alacaq.

İstanbulda keçirilən tədbirdə çıxış edən Ərdoğan bildirib ki, Türkiyə müdafiə və aviasiya sektorlarında dünyada tanınmış bir oyunçuya çevrilib.

"İspaniya ilə imzaladığımız ən son müqavilə ölkəmizin bu sahədə aparıcı rolunu təsdiqlədi", - deyə Ərdoğan bildirib.