Alyaskada 5,8 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentri Yakutat şəhərindən 90 km şimalda olub. Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, dekabrın 7-də eyni ərazidə 7 bal gücündə zəlzələ olub.