Benində bir qrup hərbçinin hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb.

"Unikal" bu barədə "24 Heures au Benin" portalına istinadən xəbər verir.

Bildirilir ki, Milli Qvardiyanın bölmələri qiyamı yatırıblar. Qiyamçılar həbs olunub, konstitusiya quruluşu bərpa olunub.

Həbslər Radio və Televiziya Korporasiyasının binasında həyata keçirilib. Səhər saatlarında qiyamçılar məhz buradan efirə çıxaraq dövlət çevrilişi və respublika Prezidenti Patris Talonun vəzifədən kənarlaşdırıldığını elan etmişdilər. Qrupun tərkibi səkkiz hərbi qulluqçudan ibarətdir.

Hazırda qiyamçıların, o cümlədən polkovnik-leytenant Tiqri Paskalın saxlanılıb-saxlanılmadığı barədə etibarlı məlumat yoxdur.

XXX

14:33

Benində bir qrup hərbçi hakimiyyəti ələ keçirdiyini elan edib.

"Unikal" xəbər verir ki, dövlət telekanalında çıxış edən hərbçilər Prezident Patris Talonu devrildiyini, Hərbi Dirçəliş Komitəsi yaradıldığını, Konstitusiyanın tətbiqinin dayandırıldığını, bütün partiyaların buraxıldığını, ölkə sərhədinin bağlandığını elan ediblər.

Ancaq “jeuneafrique”, “Le Parisienne” və “rfi” nəşrləri bir qrup hərbçinin Prezident Sarayına hücum etməyə cəhd göstərdiyini, bunun qarşısının alındığını, Prezident Patris Talonun təhlükəsiz məkanda olduğunu yazıb.

Qeyd edilib ki, bir qrup hərbçi yalnız televiziya binasını ələ keçirə bilib, hazırda Ordu nəzarəti təmin edir.