Digər Avropa liderləri və Volodimir Zelenski ilə telefon danışığında Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz ABŞ-nin Rusiya ilə sülh danışıqlarında “Ukrayna və Avropaya xəyanət edə biləcəyindən” narahat olduqlarını bildiriblər.

"Unikal" xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri məlumat dərc edib.  

Sözügedən söhbət dekabrın 1-də bütün Avropa liderləri və Zelenskinin iştirakı ilə baş tutub. Söhbət zamanı Makronun “ABŞ-nin təhlükəsizlik zəmanətləri ilə bağlı aydınlıq olmadan ərazi məsələlərində Ukraynaya xəyanət etməsi ehtimalını” qeyd etdiyi iddia edilir. O, həmçinin əlavə edib ki, stenoqrama görə, Zelenski üçün “böyük təhlükə” görüb.

Öz növbəsində Merz deyib ki, Zelenski “yaxın günlərdə çox diqqətli olmalıdır”.

"Onlar həm sizinlə, həm də bizimlə oyun oynayırlar", - deyə qəzet Almaniya kanslerindən sitat gətirib. 

Daha sonra Finlandiya prezidenti Aleksandr Stubb da Zelenski ilə bağlı öz narahatlığını ifadə edib. NATO-nun baş katibi Mark Rutte bu mövqe ilə razılaşıb. 

Gülayə Mecid