ATƏT-in Minsk qrupunun bağlanması qərarı Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləyən həyati dərəcədə vacib addımdır.

"Unikal" xəbər verir ki, bu barədə Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen bildirib.

"Ermənistan və Azərbaycan arasında sülh prosesində müsbət irəliləyişin şahidi oldum. Avqust ayında biz ATƏT-in Minsk Qrupunu və onun əlaqəli strukturlarını bağlamaq barədə qərar qəbul etdik.

Bu, sülh prosesinin dəstəklənməsi, eləcə də ATƏT-in büdcəsinin təsdiqinə əsas maneənin aradan qaldırılması istiqamətində mühüm addımdır", - Elina Valtonen qeyd edib.

Ağarza Elçinoğlu