Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldəki tədbirlərini başa vurduqdan sonra Vyanaya yola düşüb.
"Unikal" xəbər verir ki, o, 4-5 dekabr tarixlərində keçiriləcək ATƏT Nazirlər Şurasının iclasında iştirak edəcək.
Brüssel hava limanında Mirzoyan Lüksemburqun xarici işlər naziri Xavier Bettel və Avropa Şurasının prezidenti António Kosta ilə müzakirələr aparıb.
