"Ural azərbaycanlılarının yeni lideri" deyilən Vidadi Mustafayev barəsində istintaq bitənə qədər həbs qətimkan tədbiri seçilib.
"Unikal" xəbər verir ki, bu barədə qərarı Verx-İsetski Rayon Məhkəməsi çıxarıb.
"Mustafayev barəsində 2026-cı il yanvarın 31-dək 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilsin", - deyə hakim bildirib.
***15:28
Xəbər verdiyimiz kimi, Yekaterinburqda Şahin Şıxlinskinin həbsindən sonra "Ural azərbaycanlılarının yeni lideri" Vidadi Mustafayev də iki gün öncə saxlanılıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, V.Mustafayevin onlayn şəkildə məhkəməsi başlayıb.
Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə (İri miqyasda dələduzluq) cinayət işinin açılması tələb edilib.
Bu gün Verx-İsetski Məhkəməsi saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçəcək.
Mustafayev müflis elan edilmiş “Renessans” Fondunun prezidentidir. Müstəntiqlər hesab edirlər ki, o, son altı ay ərzində cinayət yolu ilə əldə edilən gəlirlə dolanırmış.
İş üzrə zərərçəkmiş şəxs Mustafayevin uçuş, Moskva və digər şəhərlərdə qalması və digər xərclərini ödədiyini bildirib.
Onun şəxsiyyətinə dair arayışlar iş materiallarına əlavə edilib, lakin sənədlərin daxil edilməsi tələbi təmin edilməyib. Vəkil iddia edir ki, iş üzrə zərərçəkmiş şəxs özü də dələduzdur.
Ağarza Elçinoğlu
