Pakistanda silahlı şəxslər ölkənin şimal-qərb hissəsində 4 nəfəri öldürüblər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hücum ölkənin Xeybər-Paxtunxva vilayətində baş verib.
Bildirilir ki, ölənlər arasında Miranşah komissarının köməkçisi Şah Vəli və iki polis əməkdaşı olub. Belə ki, silahlı şəxslər Şah Vəlinin xidməti avtomobilini pusquya salıblar, daha sonra atəşə tutulublar.
Təhlükəsizlik qüvvələri və polis birgə əməliyyat keçirir. Ərazidə təhlükəsizlik yüksək hazırlıq vəziyyətinə gətirilib
