Qara dənizdə daha bir gəmiyə hücum edilib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV yazıb.
"Rusiyadan Gürcüstana gedən gəmiyə hücum edilib", -deyə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dəniz İşləri Baş İdarəsi açıqlayıb.
Qeyd olunub ki, günəbaxan yağı ilə yüklənmiş MIDVOLGA-2 tankeri Rusiyadan Gürcüstana gedən zaman Türkiyə sahillərindən 80 mil uzaqlıqda hücuma məruz qalıb. Gəmi Sinop istiqamətində hərəkət edirmiş.
Ağarza Elçinoğlu
