İndoneziyada daşqınlar və torpaq sürüşmələri nəticəsində 631 nəfər həyati təhlükəsi ilə üzləşib, 472 nəfərin axtarışları hələ də davam edir. Bir milyon sakin evlərini tərk etmək məcburiyyətində qalıb.
"Unikal" xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyi (BNPB) məlumat yayıb.
Onlar daha 2600 nəfərin yaralandığını dəqiqləşdiriblər. Bundan başqa, BNPB qeyd edib ki, 3500 bina daşqın nəticəsində ciddi ziyan görüb, bir milyon insan evlərini tərk etməyə məcbur olub.
Son bir həftə ərzində Cənub-Şərqi Asiyada güclü küləklə müşayiət olunan leysan yağışları müşahidə olunur. Təbii hadisə İndoneziyanın Şimali Sumatra, Aceh və Qərbi Sumatra əyalətlərində daşqın və torpaq sürüşmələri ilə nəticələnib.
