General-mayor Qriqori Xaçaturov barəsində dövlətlərarası axtarış elan edilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. 

Prokurorluqdan bildirilib ki, Xaçaturova qarşı Cinayət Məcəlləsinin 436-cı maddəsinin 1-ci hissəsi və 549-cu maddənin 3-cü hissəsi ilə dövlət cinayət işi başlanıb. Onun barəsində dövlətlərarası axtarış elan edilib. Məhkəmə müstəntiqin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin etməyib. 

3-cü Ordu Korpusunun keçmiş komandiri Qriqori Xaçaturov (Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğlu) müharibə zamanı ölümlə nəticələnən rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Digər təfərrüatlar açıqlanmayıb.

Ağarza Elçinoğlu