"Ukrayna pilotsuz aparatlarının Xəzər Boru Kəməri Konsorsiumuna hücumu dəhşətli hadisədir".
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Belə olan halda, hücum hədsiz bir hadisədir, çünki söhbət beynəlxalq əhəmiyyətli və beynəlxalq iştiraklı obyektdən gedir", - Peskov bildirib.
Qeyd edək ki, noyabrın 29-da Novorossiysk yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumunun estakadası pilotsuz qayıqların hücumuna məruz qalıb.
Qazaxıstan Xarici İşlər Nazirliyi etiraz edib və bəyan edib ki, Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna hücumu Ukrayna ilə ikitərəfli münasibətlərə xələl gətirən akt hesab edir.
Ağarza Elçinoğlu
