29 noyabr saat 12:20 radələrində "Mercedes" markalı yük avtomobili dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq Şabran sahəsində hərəkət edən yük qatarının qarşısına çıxıb.

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub:

"Hadisə aidiyyəti üzrə araşdırılır. ADY bir daha hərəkət iştirakçılarını kritik təhlükəli zona hesab edilən dəmir yollarını keçərkən son dərəcə diqqətli olmağa, yol hərəkəti qaydalarının tələblərinə əməl etməyə çağırır",- deyə məlumatda qeyd edilib.

***11:24

Şabran rayonunun Uzunboyad kəndində evakuator qatarla toqquşub.

"Unikal" xəbər verir ki, hadisə dəmiryol stansiyası ərazisində baş verib.

Qatar dəmiryol keçidində evakuatorla toqquşub. Avtomobilin 47 yaşlı sürücüsü Zülfüqar Əzizov ağır yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.