"Təyyarənin demək olar ki, bütün əsas hissələri, eləcə də bütün cəsədlər tapılıb". 

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani deyib. 

O, Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğradığı yerdə jurnalistlərə açıqlamasında bir daha kədərləndiyini bildirib, Türkiyə Silahlı Qüvvələrinə və türk xalqına başsağlığı verib.

Çikovani qeyd edib ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə Gürcüstan Müdafiə Qüvvələrinin şəxsi heyəti və texnikasının cəlb olunduğu əməliyyat-axtarış tədbirləri elə ilk dəqiqədən Türkiyə tərəfi ilə sıx koordinasiya şəraitində həyata keçirilib: "Türkiyə tərəfi ilə əlaqələndirilmiş fəaliyyətlə əməliyyat-axtarış tədbirlərində mühüm nəticələr əldə edilib. İstintaq prosedurları davam etdirilir, Türkiyə Respublikası Hərbi Hava Qüvvələrinin nümayəndələri hadisə yerindədirlər və aşkar edilmiş halların birləşməsi bizə nəticə çıxarmağa imkan verəcək".

Ağarza Elçinoğlu