"Biz regionun sərhədləri və geosiyasətində heç bir dəyişikliyi qəbul etmirik və hesab edirik ki, regional təhlükəsizliyin təmin olunmasının ən yaxşı yolu regional əməkdaşlıqdır və bizim ideyamız "3+3" formatıdır". 

"Unikal" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi açıqlayıb. 

Onun sözlərinə görə, Zəngəzur dəhlizindən İrana birbaşa təhlükə yoxdur və Tehran bu məsələ ilə bağlı birbaşa təmasdadır: "Biz Zəngəzur məsələsi ilə bağlı birbaşa təmasdayıq və İran üçün heç bir təhlükənin olmayacağına əminik. Təbii ki, vəziyyəti izləyirik". 

Əraqçi vurğulayıb ki, danışıqlar milli maraqlara nail olmaq və təhlükəsizliyi təmin etmək üçün əsas alət olaraq qalır və İran istənilən çağırışa, o cümlədən hərbi çağırışlara hazır olmalıdır. 

Ağarza Elçinoğlu