Armavir Baş Yurisdiksiya Məhkəməsi Ambartsum Nersisyanın (Bütün Ermənilərin Katolikosu II Qareginin qardaşı oğlu) bir ay müddətinə həbs olunması barədə qərar çıxarıb.

"Unikal" xəbər verir ki, vəkil Emil Xaçatryan bildirib.

Onun sözlərinə görə, hakim Babaxanyanın sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror Ambartsum Nersisyanın iki ay müddətinə həbs olunmasını istəyib.

"Bu iş o qədər əsassızdır ki, məhkəmə istəmədən bir aylıq həbs qərarı verib. Hesab edirəm ki, prokurorun vəsatəti təkcə heç bir əsas olmadığı üçün deyil, həm də ağlabatan şübhə səbəbindən rədd edilməli idi. Mən israr edirəm ki, burada heç bir cinayət tərkibi yoxdur", - deyə vəkil bildirib.

*** 17:19

Ermənistanda katolikosun qardaşı Georg Nersisyan məhkəmənin qərarı ilə həbs edilib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Hazırda Gevorq Nersisyanın oğlu Hambardzumun həbsi ilə bağlı vəsatət də araşdırılır.

Onu da qeyd edək ki, katolikosun qardaşı və bacısı oğlu dünən, noyabrın 2-də Vaqarşapatda “Respublika” partiyasının namizədi Arutyun Mkrtçyanın Nersisyan və oğlunun onun seçki kampaniyasına mane olmağa çalışdığı bəyanatı əsasında həbs edilib.

Ağarza Elçinoğlu