Moskva metropoliteninin Bitsevskiy Park stansiyasında partlayış olub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb. 

 Qeyd olunur ki, hadisəyə səbəb  stansiyada elektrik avadanlığında qısaqapanması olub. Xəsarət alanlar barədə məlumat yoxdur. Qatarların hərəkəti bərpa edilib.