"ABŞ ilə danışıqlar əvvəlki raundla müqayisədə əhəmiyyətli irəliləyiş əldə edib".
"Unikal" xəbər verir ki, bunu İranın Xarici işlər naziri QAbbas Əraqçi bildirib.
"Bir sıra rəhbər prinsiplər üzərində razılığa gəldik və bunlara əsasən mümkün razılaşmanın mətnini hazırlayacağıq. Bu, tezliklə razılığa gələcəyimiz demək deyil, amma yol artıq başlayıb. Mətnin hazırlanmasına gəldikdə isə, iş çətinləşir", - deyə o əlavə edib.
