Gəncədə qadın piyadanı sərnişin avtobusu vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Hərəkətdə olan "BakuBus"a  məxsus sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdü N.Zeynalovanı vurub. Qadın piyada xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov