Atlantik okeanında, Britaniyanın Xarici Ərazisi olan Cənubi Corciya və Cənubi Sendviç Adaları sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Çilinin Punta Arenas şəhərindən 2690 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağının dərinliyi 68 km olub.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
