"İrana yeni rəhbər axtarmağın vaxtı çatıb".

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp deyib..

O, bildirib ki, İranın hakimiyyəti ölkənin tamamilə məhv edilməsinə və əvvəllər görünməmiş miqyasda zorakılığın tətbiq edilməsinə görə məsuliyyət daşıyır.

"Ölkənin, hətta çox aşağı səviyyədə olsa belə, fəaliyyətini davam etdirməsi üçün rəhbərlik minlərlə insanı öldürməkdənsə, mənim ABŞ-də etdiyim kimi, nəzarəti saxlamaq üçün düzgün idarəetməyə diqqət yetirməlidir". İran yaşamaq üçün "dünyanın ən pis yeri"dir.