Xəbər verdiyimiz kimi, Türkiyədə məşhurları hədəf alan narkotik araşdırması çərçivəsində milli voleybolçu Derya Çayırgan və daha 12 şübhəli saxlanılıb.
"Unikal" xəbər verir ki, məhkəmə zamanı Derya Çayırganın hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş meri Əkrəm İmamoğlunun sevgilisi olduğu bildirilmişdi.
Gündəm yaradan bu hadisədən sonra ötən gün Əkrəm İmamoğlunun universitet diplomunun ləğvinə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib
Dinləmənin sonunda Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlunun məhkəmə zalından çıxarkən onun üzünə baxmaması diqqət çəkib. Çoxları bunu Derya ilə Əkrəm İmamoğlunun münasibətinin üzə çıxması ilə əlaqələndirib.
