Pakistan təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətindəki polis bölməsinə hücum edən 12 terrorçunu zərərsizləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarəsi — ISPR məlumat yayıb.
Qurumun məlumatına görə, cümə axşamı Xaran şəhərində “Fitna əl-Xavaric” qruplaşmasına mənsub 15–20 nəfərlik silahlı dəstə bir neçə bank filialını qarət edərək 3,4 milyon Pakistan rupisi (təxminən 12 min ABŞ dolları) ələ keçirib.
Silahlılar daha sonra şəhər polis idarəsinə hücum edərək girov götürməyə cəhd göstəriblər.
Antiterror əməliyyatı zamanı təhlükəsizlik qüvvələri terrorçuları geri çəkilməyə məcbur edib və onların böyük hissəsini məhv edib.
