Orijinal oyunun buraxılışından 14 il sonra "Subway Surfers" seriyasının yeni hissəsi təqdim olunacaq.
"Unikal" xəbər verir ki, "Subway Surfers City" adlanan yeni oyunda oyunçuları yenidən dəmir yolu xətləri boyunca dinamik qaçışlar gözləyir.
Layihə yenilənmiş qrafika və müasir vizual elementlərlə təqdim olunacaq.
Oyunun rəsmi relizi 26 fevral tarixinə planlaşdırılıb.
