Madriddə Yunanıstan və Danimarka şahzadəsi, Yunanıstan kralı II Konstantinin və İspaniya kraliçası Sofiyanın bacısı İrina vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunub ki, şahzadə İrina yanvarın 15-də 83 yaşında dünyasını dəyişib. Son illərdə onun səhhəti xeyli pisləşmişdi.
2025-ci ilin əvvəlinədək artıq əlil arabasından istifadə edən şahzadə İrina bir çox tədbir və görüşlərdə bacısı, kraliça Sofiyanı müşayiət edib. Onun son ictimai çıxışı 2025-ci ilin fevralında baş tutub. Həmin vaxt o, qardaşı oğlu şahzadə Nikolaosun toyunda iştirak etmək üçün Afinaya səfər edib.
Yunanıstan və Danimarka şahzadəsi İrina 1942-ci il mayın 11-də ailəsinin sürgündə olduğu dövrdə Cənubi Afrikada anadan olub. O, dörd yaşında ilk dəfə Yunanıstana gəlib və on yaşına qədər burada yaşayıb, daha sonra Almaniyada internat məktəbində təhsil alıb.
Şahzadə İrina 1981-ci ildə anası, kraliça Frederikanın vəfatından sonra İspaniya kral ailəsinin iqamətgahına köçüb.
