Bakı Mühəndislik Universitetinin (BMU) rəhbərliyi, əməkdaşları və tələbələri  20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

"Unikal" xəbər verir ki, BMU kollektivi ölkəmizin azadlığı  uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.