Gürcüstanın baş naziri İrakli Kobaxidze Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə hökumət ofisindən Azadlıq Radiosunun Gürcüstan xidmətinə bildirilib.
Qeyd olunub ki, Baş nazir foruma dəvət almayıb.
Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısı 19-23 yanvar tarixlərində keçiriləcək və hökumət liderlərini, biznes liderlərini və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirəcək.
Ağarza Elçinoğlu
