İranda terrorçu qrupların bir neçə min üzvü və kütləvi iğtişaşların iştirakçısı saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Qeyd olunur ki, saxlanılan vətəndaşların sayı üç min nəfərdir.
Dekabrın 28-də İranda yerli valyutanın devalvasiyası fonunda etirazlar başlayıb. Ən böyük etirazlar Tehranda baş tutub, ən şiddətli toqquşmalar isə qərbdə və cənub-qərbdə (Məlikşahi, Kirmanşah və Lordeqan şəhərləri) qeydə alınıb.
Yanvarın əvvəlində İran hakimiyyəti ölkə miqyasında internet və telefon xidmətlərini dayandırıb.
Gülayə Mecid
