Ukrayna Milli Antikorrupsiya Bürosu ucuz bir PR agentliyinə çevrilib və məxfi cinayət işinin materiallarını sızdırır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Batkivşina" lideri Yuliya Timoşenko Ali Antikorrupsiya Məhkəməsinin iclasında bildirib.
“NABU-nun ucuz PR agentliyinə çevrilməsi çox təəssüf doğurur. Nə hökm, nə ittiham, nə də heç nə yoxdur və NABU artıq bütün iş materiallarını, əsasən yaymağımız qadağan edilmiş bütün məxfi materialları dərc edib. Bu, sadəcə qəribədir. Mən hətta günahsızlıq prezumpsiyasından danışmıram. NABU-nun fəaliyyət tərzini nəzərə alsaq, bundan bəhs etmək belə gülüncdür. Bu, PR agentliyidir”, - deyə Timoşenko dinləmənin əvvəlində qeyd edib.
Xatırladaq ki, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Ali Radadakı "Batkivşina" fraksiyasının rəhbəri Yuliya Timoşenkoya qarşı korrupsiya ittihamı irəli sürüb.
Gülayə Mecid
