İrandan Bakıya gələrkən hava limanında saxlanılan xanəndə Qəzənfər Abbasov açıqlama verib.
"Unikal" xəbər verir ki, Qəzənfər Abbasov “Qafqazinfo”ya açıqlamasında on gün öncə İranda, Təbriz şəhərində olduğunu bildirib:
“Orada konsertlərimiz baş tutub. İrandan qayıdarkən hava limanında bir qədər gözlətdilər. Başqa heç bir problem olmadı. Hazırda Bakıdayam, tələbələrdən imtahan götürürəm”.
***
Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.
"Unikal" Manset.az-a istinadən xəbər verir ki, onun hansı səbəbdən saxlanıldığı məlum deyil.
Bu barədə məlumatı Q.Abbasov təsdiqləyib, lakin ətraflı məlumat verə bilməyib, daha sonra isə telefonu söndürülüb.
