İrandan Bakıya gələrkən hava limanında saxlanılan xanəndə Qəzənfər Abbasov açıqlama verib.

"Unikal" xəbər verir ki, Qəzənfər Abbasov “Qafqazinfo”ya açıqlamasında on gün öncə İranda, Təbriz şəhərində olduğunu bildirib:

“Orada konsertlərimiz baş tutub. İrandan qayıdarkən hava limanında bir qədər gözlətdilər. Başqa heç bir problem olmadı. Hazırda Bakıdayam, tələbələrdən imtahan götürürəm”.

***

Azərbaycanın tanınmış xanəndəsi, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb.

"Unikal" Manset.az-a istinadən xəbər verir ki, onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

Bu barədə məlumatı Q.Abbasov təsdiqləyib, lakin ətraflı məlumat verə bilməyib, daha sonra isə telefonu söndürülüb.