Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TRT Gənc" televiziya kanalının açılış mərasimində iştirak edib.
"Unikal" xəbər verir ki, kanalın rəsmi açılışı türk mühəndislər tərəfindən hazırlanmış “Robo Gənc” adlı robotun təqdim etdiyi pult vasitəsilə həyata keçirilib.
Robotun pultu Prezident Ərdoğana verdikdən sonra əlini ürəyinin üzərinə qoyub "Eyvallah" (Təşəkkür edirəm/Ok) deməsi də diqqət çəkib.
Bu vaxt Prezident Ərdoğanın pultu basması ilə TRT Gənclik Kanalının loqosu görülüb və bu, yayımın rəsmi olaraq başlamasını qeyd etdi.
