Bir neçə gündür sosial şəbəkələrdə Hollivud ulduzu Jan-Klod Van Dammın qucağında uşaqla fotosu paylaşılaraq “azərbaycanlı nəvəsi” kimi təqdim olunur.

"Unikal" xəbər verir ki, bununla bağlı onun azərbaycanlı gəlini, pianoçu Suada Hacızadə sosial şəbəkə hesabında paylaşım edib.

S.Hacızadə bildirib ki, həmin fotodakı körpə onun övladı deyil: “Mənim və ya ailəm haqqında bizdən təsdiq almadan yalan məlumat yayan istənilən media səhifəsi şikayət ediləcək. Buraya köhnə fotoların, başqa insanlara aid uşaqların və ya uydurma hekayələrin istifadəsi daxildir. Bunu artıq görməzdən gəlməyəcəyəm. Yalan məlumat yaymağı dayandırın. Mənim və ailə üzvlərimin həyatı ilə bağlı yolverilməz və şəxsi suallar verməyi dayandırın. Hər şəxsi həyat ictimai mülkiyyət deyil”.

Qeyd edək ki, Suada 2021-ci ilin iyununda Van Dammın oğlu Kristoferlə Azərbaycanın Türkiyədəki Baş Konsulluğunda nikah masasına oturub. Cütlük hazırda ABŞ-də yaşayır.