İtaliya A Seriyasında XVI turdan təxirə salınmış bir oyun keçirilib.
"Unikal" xəbər verir ki, çempionluq mübarizəsi aparan "Milan" səfərdə "Komo" ilə qarşılaşıb.
Gərgin və maraqlı keçən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qələbə sayəsində xallarını 43-ə yüksəldən "Milan" ikinci pilləyə yüksəlib.
Turnir cədvəlinə 46 xalla "İnter" başçılıq edir.
